Aqronomluq fakültəsi

“Azərbaycanda Respublikasında çəltikçiliyin inkişafının aktual problemləri” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetində Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə  keçirilən “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafının aktual problemləri” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bənlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Dünyada və Azərbaycanda çəltikçiliyin tarixi və inkişaf meylləri;
  • Çəltikçilikdə innovativ texnologiyaların tətbiqi;
  • Çəltikçiliyin inkişafı üzrə institusional tədbirlər;
  • Çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi;
  • Çəltikçiliyin infrastruktur təminatı;
  • Çəltikçilik sahəsində dövlət dəstəyi tədbirlərinin iqtisadi səmərəliliyi;
  • Çəltikçilik sahəsində marketinq fəaliyyəti.

 

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi: 10 aprel 2020-ci il.

Məqalələrin göndərilməsi üçün son tarix: 23 mart 2020-ci il.

 

Məruzə mətnlərinin tərtib olunma tələblər:

Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;

Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;

Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, mobil telefon nömrəsi, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).

Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: elm.sh.adau@gmail.com

www.adau.edu.az