Aqronomluq fakültəsi

Ekologiya mühəndisliyi və meşəçilik

Kafedra müdiri: prof. əvəzi  Zakir IBRAHIMOV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

Tel. (+994 22) 256 81 49

E-mail: agronomy@adau.edu.az

    Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU) 1948-1956-cı illərdə meşə təsərrüfatı ixtisası üzrə kadrlar hazırlanmışdır. Bu müddətdə institutu 449 nəfər meşə təsərrüfatı mütəxəssisi bitirmişdir. Respublikada meşəçi və ekoloq mütəxəssislərə olan zəruri tələbat nəzərə alınaraq 1990-cı ildə professor Vahid Quliyevin təşəbbüsü və səyi nəticəsində “Ekologiya və meşəçilik” kafedrası yaradılmışdır. Kafedraya yarandığı gündən 2010-cu ilin iyul ayınm 15-ə kimi prof. V. Quliyev rəhbərlik etmişdir. Universitetin 02.10.2007-ci il 421 saylı əmrinə əsasən “Ekologiya mühəndisliyi və meşəçilik kafedrasma” akademik Həsən Əliyevin adı verilmişdir.

Azərbaycan Dövlət Aqrar Universiteti Respublikada yeganə ali təhsil müəssiəsidir ki, yalnız orada “Meşəçilik” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Gələcək “Meşəçi ” mütəxəssislər Azərbaycan Respublikasında meşələrin bərpa və inkişaf etdirilməsinin Milli Strategiyanı həyata keçirməyə dair elmi və pratiki bilik və bacarıqları yiyələnirlər.

ADAU-nun Aqronomluq fakültəsində “Meşəçilik ” ixtisası üzrə təhsil alan I kurs tələbələri aqronomluq fakültəsinin təcrübə  sahəsində əkin materialının yetişdirilməsinə dair təcrübə qoymuşlar. Həmin sahədə tələbələr becərilən əkin materialının növləri ilə tanış olmaqla bərabər müasir becərmə texnologiyalarına yiyələnir,  açıq qrunt  şəraitində və qapalı kök sistemli əkin materialının  yetişdirilməsini öyrənmək məqsədilə  min ədəd Eldar şamı və 500 ədəd həmişəyaşıl sərv bitkisinin toxmacarlarının becərilməsi üçün əkin aparmışlar .

 Vaxtilə burada çalışmış  alimlər Quliyev Vahid Şamxal oğlu-Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmləri Akademiyasınm həqiqi üzvü, Beynəlxalq İnformasiya Akademiyasınm ekologiya üzrə akademiki;  dosent Baxışov Camal Səlim oğlu;  dosent Əliyev Aydın;  dosent  Cəfərli Fuad və başqaları.

   Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedra tərəfindən bakalavriat səviyyəsində “ekologiya”, “ekologiya mühəndisliyi” və  “meşəçilik”, magistratura səviyyəsində “meşəçilik”, “ekologiya”, “ekologiya muhəndisliyi”, doktorantura səviyyəsində “meşəçilik, meşəquruluşu və meşə taksasiyası” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

 Kafedranm maddi-texniki bazası Kafedra kifayət qədər auditoriya fondu ilə- 1 tədris laboratoriyası, müəllimlər otağı, 3 mühazirə otağı ilə təmin olunmuşdur. Kafedranm tədris otaqları müasir tələblərə uyğun olaraq təmir olunmuşdur. Bundan başqa kafedramızda 2 auditoriya görkamli şəxslərin adlarını daşıyır:

  • Akademik Həsən Əliyev adına 222 saylı auditoriya
  • Görkəmli Meşəçi, Sosialist Əməyi Qəhrəmam Mehdi Mustafayev adına 217 saylı auditoriya

        Kafedrada 3 proyektor, 4 dəst kompyuter texnikası, 1 ədəd ağıllı lövhə və meşəçilik ixtisasına aid bir sıra avadanlıqlar ilə təchiz edilmişdir.

        Kafedranın elmi istiqaməti: Kafedra əməkdaşları tərəfindən “Azərbaycanin qərb bölgəsində təbii bitki ehtiyatları və onlarin mühafizəsinin tədqiqi”  mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.  İşin məqsədi Azərbaycanın qərb bölgəsində təsadüf olunan iynəyarpaqlı ağac-kol bitkilərinin perspektiv növlərinin seçilməsi və tətbiqi, endem və relikt bitkilərin xüsusi mühafizə olunan təbiət ərazilərində qorunması, təbii bitki ehtiyatlarınm biomüxtəlifliyinin zənginləşdirilməsi, eroziyaya qarşı bioloji tədbirlər planınm hazırlanması, meşələrdə antropogen təsirlər nəticəsində cinslərin bir-birini əvəz etməsi və bərpası problemlərinin həlli yollarının müəyyən edilməsidir.

Professor-müəllim heyəti