Aqronomluq fakültəsi

Bitkiçilik və bitki mühafizəsi

 

Kafedra müdiri: dos. Qurban MƏMMƏDOV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

Tel. (+994 22) 256 30 80

E-mail: agronomy@adau.edu.az

1921-ci ildə Bakı Politexnik İnstitutunun Kənd Təsərrüfatı fakültəsinin nəznində yaradılaraq, 1929-ci ildən həmin fakültənin bazasında yaradılan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun strukturunda fəaliyyətini davam etdirmişdir.  1931-ci ildən bitkiçilik kafedrası kimi fəaliyyət göstərmişdir. Müxtəlif dövrlərdə kafedra “Bitkiçilik və yem istehsal”, “Bitkiçilik, genetika və seleksiya”,  2009-cu ildən isə universitetdə struktur dəyişiklikləri ilə əlaqədar olaraq“Bitkiçilik və bitki mühafizəsi”  adı altında fəaliyyət göstərir. Kafedrada 1 nəfər AMEA-nın müxbir üzvü professor­­­­­­­,1 nəfər ADAU-nun professoru, 8 nəfər dosent,  2 nəfər dosent əvəzi, 4 nəfər baş müəllim, 2 nəfər assistent çalışır.

        Vaxtilə burada çalışmış alimlər: prof. İ.M. Datiyev, prof. P.V. Qrebennikov, prof. N.Ə. Səfərov, prof. X.O. Güləhmədov. prof. S.C. Əliyev,  S.P. Behbudova, S.F. Hüseynov, dos. H.P. Hacıyev, dos. M.M. Qulubəyov, dos. Ə. Pişnamazov, dos. M. Əfəndiyev, dos. Ç.M. Novruzov və başqaları.

         Mütəxəssis hazırlığı aparılan ixtisaslar:  Kafedra bakalavriat səviyyəsində  «aqronomluq», magistratura səviyyəsində «bitkiçilik», «bitkilərin mühafizəsi», «bitki karantini», «ipəkçilik», «mikologiya», «bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi», doktorantura səviyyəsində “bitkiçilik” “bitkilərin mühafizəsi” ixtisasları üzrə mütəxəssislər hazırlayır.

        Kafedranın maddi-texniki bazası: Mühazirə otağı, laboratoriya otağı, fitopatoloji laboratoriya (karmalab), kompyuterlərin (9 ədəd), nootbuklar  (3 ədəd), printerlər  (3 ədəd), proyektorlar  (4 ədəd), ağıllı lövhə  (1 ədəd), mikroskoplar – (14 ədəd, işıq və ya elektrik mikroskopları, birində monitor var).

       Kafedranın elmi istiqaməti: Kafedra əməkdaşları tərəfindən Azərbaycanın Qərb bölgəsində tarla bitkilərinin məhsuldarlığını yüksəldən və ekoloji məhsul istehsalını təmin edən texnoloji tədbirlərin optimallaşdırılması,  kənd təsərrüfatı bitkilərinin başlıca zərərverici və xəstəlik törədiciləri, onlara qarşı mübarizə tədbirlərinin işlənməsi və tətbiqi istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilir.

         Professor-müəllim heyəti