Aqrobiznes və idarəetmə fakültəsi

Milli Qurtuluş Gününə həsr olunan müsabiqə və yığıncaq keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin İnzibati binasının akt zalında 250 nəfər professor-müəllim və tələbə heyətinin iştirakı ilə “Milli Qurtuluş Günü”nə həsr olunan yığıncaq keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında  deyib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir.

 Demək yerinə düşər ki, səhər saatlarında aqqronomluq fakuültəsinin 103 nömrəli auditoriyasında bakalavriat səviyyəsi əyani təhsil formasının birinci kurs tələbələri arasında Azərbaycan xalqının “Milli Qurtuluş Günü”nə həsr olunan “Ulu öndər  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda  inşa  yazı   müsabiqəsi də keçirilib. Müsabiqədə 90 tələbə iştirak edib. Yer tutan tələbələrə də tədbir zamanı sertifikatlar və pul mükafatları verilib. Birinci yerin sahibi 200, ikinci yerin sahibi 150, üçüncü yerin sahibindən hər biri  isə 100 manat qazanıb.