Aqrobiznes və idarəetmə fakültəsi

Aqrobiznes və İdarəetmə fakültəsində Tələbə Həmkarlar İttifaqının yeni seçilmiş idarə heyəti ilk iclasını keçirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakültəsində Tələbə Həmkarlar İttifaqının yeni seçilmiş idarə heyəti ilk iclasını keçirib.İclasda qarşıya qoyulan məqsədlər,yeni layihələr haqda geniştərkibli müzakirələr aparılıb.İclası giriş sözü ilə açan Aqrobiznes və İdarəetmə fakültəsinin dekanı Əlöysət Əsgərov tələbələrin ictimai,sosial tədbirlərə qatılmasının önəmini vurğulayıb.Daha sonra çıxış edən, ADAU YAP Gənclər Birliyinin sədri Sadiq Səfərov təşkilatçılıqla bağlı bir sıra önəmli faktorlardan söz açıb.Sonda isə yeni seçilmiş heyət üzvləri daima fəal olacaqlarına və universitetimizin adını hər zaman uca tutacaqlarına söz veriblər.