Aqrobiznes və idarəetmə fakültəsi

ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsində daha bir ustad dərsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsində daha bir ustad dərsi keçirilib. Bu dəfə fakültənin 2-4-cü kurs, menecment və marketinq ixtisasının tələbələri öz sahələrinə uyğun mühazirə  dinləyiblər.

Universitetin mətbuat  xidmətinin xəbərinə görə dərsi Gəncə qənnadı ASC-nin region üzrə satış meneceri Ələkbər Məmmədov tədris edib. 

Əvvəlcə fakültə dekanı Əlöysəd Əsgərov qonaq mühazirəçini auditoriyaya təqdim edib və bildirib ki, biz ustad dərslərinə qonaq qismində bir qayda olaraq elm və ya sənət sahəsində geniş, dərin məlumatı və qabiliyyəti olan şəxsləri dəvət edirik. Bu da tələbənin seçdiyi ixtisasın incəliklərini, uğur yollarını öyrənməyə çox kömək edir. 

Ələkbər Məmmədovun 90 dəqiqə ərzində “Müasir satış və vaxtın idarə edilməsi” mövzusunda söylədiyi mühazirə tələbə və müəllim heyətinin böyük marağına səbəb olub, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

http://www.moderator.az/news/242345.html