Aqrar iqtisadiyyat fakültəsi

Maliyə və iqtisadi nəzəriyyə

Kafedra müdiri: prof. Məhərrəm HÜSEYNOV

Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64

Tel: (+994 22) 256 94 53

E-mail: info@adau.edu.az

Vaxtilə “Statistika və maliyyə” kafedrası adlandırılan bu kafedra 1990-cı ildə “Statistika  və mühasibat uçotu” kafedrasının bazasında  yaradılmışdır. 2009-cu ildən isə “Gömrük ekspertizası və iqtisadi nəzəriyyə” kafedrası “Statistika və maliyyə” kafedrası ilə birləşdirilərək “Maliyyə və iqtisadi nəzəriyyə” kafedrası adı ilə fəaliyyətə başlamışdır. Kafedra bakalavriat səviyyəsində “maliyyə”, magistratura səviyyəsində “vergi və vergiqoyma”, “maliyyə bazarı” ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

 Vaxtilə kafedrada çalışmış alimlər: professor Həsən Həsənov; dosent Sabir Ömərov,  dos. Həmid İsmayılov və başqaları

Kafedranın elmi istiqaməti: Aqrar bölmənin maliyyə resurslarının formalaşmasının xüsusi mənbələrinin mövcud vəziyyəti,  xüsusi maliyyə resurslarının, o cümlədən fəaliyyətin yekun maliyyə nəticəsi olan mənfəətin artırılması və istehsalın iqtisadi səmərəsinin yüksəldilməsi ehtiyatlarını aşkar etməkdir. Bundan başqa aqrar bölmənin maliyyə resursları ilə təminat səviyyəsini əks etdirən göstəricilər sisteminin təkmilləşdirilməsini tədqiq etmək və müvafiq təkliflər verməkdir.              

Elmi- tədqiqat işinin istiqaməti kimi: aqrar bölmədə məhsul istehsalının artırılması və onun iqtisadi səmərəsinin yüksəldilməsi, xüsusi maliyyə resurslarının artırılması ehtiyatlar iqtisadi-statistik tədqiqatlar əsasında müəyyənləşdirilmiş və aşkar edilmiş ehtiyatlardan daha səmərəli istifadə edilməsinin zəruriliyi əsaslandırılmış; aqrar bölmənin maliyyə resusları ilə təminat səviyyəsini əks etdirən  göstəricilər sistemi və onun təkmilləşdirilməsi  yolları və istiqamətləri müəyyən edilmiş;  aqrar bölmənin sistemli və dayanıqlı inkişafının təmin edilməsi üçün aqrar sahəyə dövlət dəstəyinin vacibliyi müəyyən edilmiş və əsaslandırılmış;  gömrük ödəmələri və resursları hesabına əldə edilən vəsaitlərin və buna müvafiq olaraq dövlət büdcəsinə daxil olmaların artırılması istiqamətləri müəyyən edilmişdir.

Kafedranın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi və Almaniyanın Qrayfsvald Universiteti ilə layihələri yerinə yetirirlər.

Kafedranın maddi-texniki bazası: kafedraya 4 auditoriya təhkim edilmişdir. Bir auditoriyada 1 kompyuter dəsti, 3 proyektor, kafedrada 3 kompyuter dəsti və 3 printer mövcuddur. Bütün auditoriyalar fasiləsiz internetlə təmin olunmuşdur.

Professor-müəllim, laborant heyəti: