Aqrar Universitetdə gənclər həyata tam hazırlanır

     Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin xətti ilə zorakılığa məruz qalma, erkən nikah və narkomaniyaya qarşı mübarizə mövzularında tədbir keçirilib.

    ADAU nun mətbuat xidməti bildirir ki, tədbiri universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb və deyib ki, gənclərin hərtərəfli formalaşmasında elmi biliklərlə yiyələnmə ilə yanaşı sağlam və düşüncəli, hüquqlarının qorunmasında mübariz ruhda böyüməsi də vacib amildir. Əgər gənc zorakılığa məruz qalmanın qarşısını ala bilirsə, erkən nigahın yarada biləcəyi problemləri və narkomaniyanın dəhşətlərini anlayırsa o, bu bəlalardan uzaq olacaq, həyatını sağlam yaşaya biləcək. Elə bu baxımdan dabu cür tədbirlərin gənclərlə keçirilməsi çox vacibdir.

    Hər üç mövzu ilə əlaqədar çıxış edənlər də məsələnin vacibliyini vurğulayıb. İctimai səhiyyə və islahatlar mərkəzinin psixoloqu Cəmilə Kərimova, həkim Şəhla Mirzəzadə, Gənclər üçün Təhsil mərkəzinin nümayəndəsi Aygün Həsənzadə hər biri ayrılıqda öz sahələrinə aid məsələni izahlandırıb və gənclərə marifləndirici bukletlər paylanılıb.

     Tədbir qarşılıqlı fikir mübadilələri ilə davam edib.