Gəncədə Aqrar İnkişaf Könüllülərinin təşəbbüsü ilə maarifləndirici ekoloji aksiya keçirilib

Gəncədə Aqrar İnkişaf Könüllülərinin təşəbbüsü ilə maarifləndirici ekoloji aksiya keçirilib. “Gəncəmizi təmiz saxlayaq” adlı  aksiya Xan Bağı istirahət guşəsinin ərazisində təşkil edilib. Azərbaycan Dövlət Aqrar Universitetinin tələblərindən ibarət yaradılan bu könüllülər istirahət parkının ərazisində olan fantanları təmizləyib,  məişət tullantılarını, yarpaqları şəhər kənarındakı paliqonuna daşımaq üçün bir yerə yığıb. Aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyətin inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.