ADAU əməkdaşlarının kümçülərə təlimləri uğurla başa çatıb

Kənd Təsərrüfatı Nazirliyinin təlim planına uyğun olaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) anatomiya, patanatomiya və patfiziologiya kafedrasının dosenti Dursun Adıgözəlova, aqronomluq fakültəsinin bitkiçilik və bitki mühafizəsi kafedrasının assistentləri Turanə Məmmədova və Gülnar Bağırova “Baramaçılıqda aqrozootexniki qaydlara düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsi” mövzusunda 2019-cu ilin may ayında, Bərdə,Tərtər, Goranboy, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində və kümxanalarda təlimlər keçiblər. Təlimlərdə künçülərə tutipəkqurdunun bəslənməsi, yemləndirilməsi, mikroiqlim, şaxlanma şəraiti və digər məsələlər müzakirə edilmiş, iştirikakçıları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır. Bütövlükdə təlimlərdə 200-dən çox kümçü iştirak edib.