1 saylı tələbə evində tələbələrlə növbəti görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova tez-tez tələbələrlə görüşür, onların əsl gənclik kimi formalaşması istiqamətində maraqlı söhbətlər aparır. Tarixi və milli mənəvi dəyərlər, gənclərin vətənpərvərlik tərbiyəsi, həyata baxış, sən sabahın qurucususan və başqa məzmunlu müzakirələr tələbələrdə böyük maraq yaradır. Daha bir görüş-söhbət isə tələbə evi kompleksində olub.