İbrahim Cəfərovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

2003-cü il oktyabrın 15-i bütün Azərbaycan xalqı kimi, Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivinin də yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Düz 15 il öncə Siz qədirbilən xalqımızın böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmisiniz. Bu 15 ildə iqtisadiyyatımızın üçqat artması, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyimizin təmin edilməsi, hərbi potensialımızın yüksəldilməsi, Azərbaycanın 2018-ci il üzrə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv indeksində inkişaf edən ölkələr arasında üçüncü yerə layiq görülməsi Sizin çoxşaxəli daxili və xarici siyasətinizin bariz nümunəsidir.

Universitetin rektorluğu, professor-müəllim heyəti və tələbələri Sizin müdrik siyasətinizi ürəkdən bəyənir və dəstəkləyir.

Cənab Prezident, Zati-alinizə sonsuz sadiqliyi olan kollektivimiz adından möhkəm cansağlığı, uzun ömür, gündən-günə inkişaf edən Vətənimizin daha da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Səmimi hörmətlə,

Cəfərov İbrahim,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

https://president.az/articles/30330