FAO – Macarıstan Hökuməti 2017-2018ci il üçün təqaüd elan edir!

 

2017-2018 təhsil ili üçün ingilis dilli magistr dərəcələri təklif edilir:

1. Kənd təsərrüfatının inkişafı və aqrobiznes
2. Bağçılıq
3. Meliorasiya

Universitetlər

Təqaüd proqramında aşağıdakı təhsil müəssisələri iştirak edir:

  • Szent István Universiteti, İqtisadiyyat və Sosial Elmlər fakültəsi, Faculty of Economics and Social Sciences
  • Szent István Universiteti, Bağçılıq fakültəsi
  • Szent István Universiteti, Aqrar və ətraf-mühit elmləri fakültəsi

Şərtlər

Təqaüd proqramına daxildir:

  • Dərsliklərlə təminat;
  • Yataqxana ilə təminat;
  • Yaşayış xərclərinin qarşılanması;
  • Tibbi müayinə

2007-ci il Macarıstan və FAO arasında imzalanmış müqaviləyə əsasən bütün yuxarıda qeyd olunan xərclər Macarıstan hökuməti tərəfindən ödəniləcək.
Təqaüd proqramı yalnız tələbələrin xərclərini ödəyir; proqram çərçivəsində ailə üzvlərinin xərcləri qarşılanmır.

Eligibility

Azərbaycan Respublikasının vətəndaşları
 

Ərizə qəbulu və seçim prosesi

Aşağıdakı seçim prosesi 2017-ci il Sentyabr ayından ayrılacaq təqaüd üçün nəzərdə tutulur.

 Tələbələrin seçimi iki mərhələdə keçiriləcək:
I Mərhələ: FAO namizədləri nəzərdən keçirib sənədlərini Macarıstan Kənd Təsərrüfatı Nazirliyinə göndərəcək. Nazirlik isə öz növbəsində həmin sənədləri ərizəçinin özü tərəfindən seçilmiş universitetə göndərəcək. Tələbələr yalnız HAZIR sənəd göndərməlidirlər. Yarımçıq və çatışmayan sənədlər qəbul olunmayacaq.
II Mərhələ:  Seçilmiş namizədlərdən inzibati prosedurun bir hissəsi kimi yazılı və ya şifahi ingilis dili imtahanı vermək istənilə bilər. Universitetlər sonrakı prosesi həyata keçirəcək və seçilmiş namizədləri özləri məlumatlandıracaqlar. Tələbə seçimi yalnız universitet tərəfindən həyata keçiriləcək, FAO seçim prosesində iştirak etməyəcək. Seçilmiş tələbələr nazirlik tərəfindən də məlumatlandıralacaq.

Namizədlər aşağıdakı kriteriyalara uyğun seçiləcək:

  •  Azərbaycan vətəndaşlığı
  •  Yüksək təhsil göstəriciləri
  •  İngilis dili sertifikatı (İngilis dilli kurslardan)
  •  Motivasiya
  •  Sağlamlıq
  •  Yaş göstəricisi ( 30 yaşından aşağı namizədlər qəbul olunacaq)

 

Ərizə proseduru
E-mail vasitəsilə göndəriləcək sənəd toplusuna daxildir:

  • Tam şəkildə doldurulmuş ərizə forması
  • CV
  • Diplom və transkriptin surəti
  • İngilis dili sertifikatının surəti
  • Xarici passportun surəti
  • Tövsiyə məktubu
  • Motivasiya məktubu
  • Həkim tərəfindən verilən tibbi arayış
  • Yaxşı davranış haqqında yerli polis orqanından alınmış arayış

Bütün təqdim edilən sənədlər ingilis dilində olmalıdır. Başqa dildə təqdim olunan sənədlər qəbul edilməyəcək. Ərizəçinin məsuliyyəti: sənədlərin düzgün tərcümə edilməsi və müvafiq orqan tərəfindən rəsmiləşdirilməsinə nəzarət və hər sənədin öz adında yaddaşda saxlanılmasıdır.

Sənədlərin son qəbul tarixi
Təqaüd proqramında iştirak etməkdə maraqlı olan şəxslər FAO-ya email vasitəsilə (REU-Scholarship@fao.org ) sənədlərini 04 Yanvar 2017 and 28 Fevral 2017-ci il  tarixlərində göndərməlidirlər.

Kuryer xidməti yaxud poçtla göndərilən sənəd nüsxələri qəbul edilməyəcək.

Vacib Qeyd: Təqaüd yerləri məhdud olduğu üçün maraqlanan tələbələrin sənədlərini tez bir zamanda göndərmələri tövsiyə edilir.