“Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

 

Konfransın məqsədi: Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafının müasir səviyyəsi, bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyi, tətbiq olunan innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərini müzakirə etməklə, sahənin daha innovativ əsaslarla inkişafına dair səmərəli təkliflər verməkdən ibarətdir.

Konfransın bölmələri:

  • Pambıqçılıqda innovativ texnologiyalar
  • Pambıqçılığın inkişafı üzrə institusional tədbirlər
  • Pambıqçılıq sahəsində elmi təminatı və kadr potensialının gücləndirilməsi
  • Pambıqçılığın infrastruktur təminatı
  • Pambıqçılıq sahəsində dövlət dəstəyi tədbirlərinin səmərəliliyi
  • Pambıqçılıqda marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi
  • Pambıqçılığın inkişafında beynəlxalq təcrübə

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi: 5 dekabr 2019-cu il.

Məqalələrin göndərilməsi üçün son tarix: 25 noyabr 2019-cu il.

Məqalələrin qəbul edilməsinə dair bildirişin son tarix: 29 noyabr 2019-cu il.

Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, çap və elektron variantda qəbul olunur.
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır.
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
  • Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə ingilis və rus dillərində, rus dilində yazılmış məqalələrə Azərbaycan vəingilis dillərində, ingilis dilində yazılmış məqalələrə isə Azərbaycan və rus dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilməlidir.
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.
  • Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail:elm.sh.adau@gmail.com

            www.adau.edu.az