Azərbaycan Dövlət Aqrar Universitetindən abituriyentlərə unikal fürsət!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulmuş, iki tələbə evi gənclərin istifadəsinə verilmişdir. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunmuşdur.

Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazarrə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­mi­zin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsait hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcəkdir. Aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Uni­versitet bundan əlavə  abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

Aqrar yönümlü ixtisaslar:

  • Torpaqşünaslıq və aqrokimya
  • Aqronomluq
  • Meşəçilik
  • Zootexniklik
  • Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
  • Aqromühəndislik
  • Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  • Şərabçılıq
  • Bitki mühafizəsi
  • Bağçılıq və tərəvəzçilik
  • Su bioehtiyatları və akvabitkilər
  • Ekologiya
  • Baytarlıq
  • Əczaçılıq

Əziz abituriyentlər, aqrar təhsili seçin, kənd təsərrüfatımızın tərəqqisinə öz töhfənizi verin!