ADAU-nun gənc müəllimləri və tələbələri üçün esse müsabiqəsi

         Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil  Nazirliyi və "Ekspo 2025 Bakı" Əməliyyat  Katibliyi tərəfindən 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin  namizədliyi çərçivəsində esse müsabiqəsinə start verildi!

Müsabiqə Gənclər arasında "Ekspo 2025 Bakı" layihəsi haqqında malumatlılıq səviyyəsini artırmaq, ölkə üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə Gənclərin iştirakına şərait yaratmaq, onların kreativlik potensialnı müasir cəmiyyətin inkişaf istiqamətləri və sərginin fəlsəfəsinə yönəltmək məqsədilə keçirilir.

Mövzu:

Müsabiqə "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilir. Iştirakçılar  aşağıdakı 3 alt mövzudan birinə müraciət etməlidirlər:

  • Təhsilin gələcəyi
  • Sağlamliğın gələcəyi
  • Əməyin gələcəyi

    Əsas şərtlər:

  • Müsabiqədə 16-29 yaş arasında gənclər iştirak edə bilər
  • Hər müəllif yalnız bir esse ilə müsabiqədə  iştirak edə bilər.
  • Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır.
  • Təqdim edilən esselər 1000 sözdən artıq olmamalıdır
  • Esselər Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər.

    Mükafat:

    Müsabiqə  qalibləri  I,  II və III yerlər üzrə müəyyən olunur. I yerin qalibinin Fransanın Paris şəhərində yerləşən Beynalxalq Sərgilər Bürosunun qərargahina səfəri təşkil olunacaq, II və III  yerin qalibləri  xüsusi diplom və qiymətli hədiyyələr ilə  təltif ediləcəklər.

      Qeyd: Təqdim edilən esselər xüsusi proqram vasitəsilə yoxlanılır. Mətnin 25%-dən çoxu əvvəl dərc edimiş mətnlə eynilik təşkil etdiyi təqdirdə o plaqiat hesab olunur və müsabiqəyə buraxılmır.

     Müsabiqəyə  işlər 2018-ci il martın 12-dən aprelin 10, saat 18.00-dək competition@bakuexpo2025.com və a.hatamov@adau.edu.az elektron poçt ünvanında qəbul olunur