Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) aqrokimya və balıqçılıq sahələri üzrə müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan edir

 

AYLIQ VƏZİFƏ MAAŞI: 1200 manat

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2019/2020-ci tədris ilində aqrokimya və balıqçılıq sahələri üzrə tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək məqsədilə namizədləri işə dəvət edir:

ƏSAS TƏLƏBLƏR:

Ünsiyyətçilik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq keyfiyyətləri;

Tədrisin müasir  metodlarını, aqrokimya və balıqçılıq laboratoriyasından istifadə sahəsində biliklər;

Müvafiq sahə üzrə ən azı fəlsəfə doktoru dərəcəsi və iş təcrübəsi;

Xarici dillərdən ən azı birini mükəmməl bilməsi;

Kompyuter bilikləri.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Təhsilin bütün formalarında mühazirələr, seminar, laborator və praktik məşğələlər aparmaq;

İstehsalat təcrübəsinə, kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə rəhbərlik etmək;

Kafedranın təsdiq olunmuş elmi-tədqiqat planlarına uyğun olaraq elmi iş aparmaq;

Tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik etmək.

Göstərilən tələblərə cavab verən namizədlər  öz tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə  “Müəllim vəzifəsiyazmaqla office@adau.edu.az  və  gad@adau.edu.az  elektron ünvanlarına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22 aprel 2019-cu il

ÜNVAN: 450, Atatürk prospekti, Gəncə şəhəri, Azərbaycan

Tel./faks:+994222565733

www.adau.edu.az