ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ
Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 204, AZ2000
E-mail: office@adau.edu.az
“Zootexniklik” ixtisası üzrə mütəxəssis hazırlığına 1931-ci ildə Gəncədə yaradılan Azərbaycan Zoobaytarlıq İnstitutunda başlanılıb. 1933- cü ildə bu institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna birləşdirilib və 1935-ci ildə ilk buraxılış olub. Zoomühəndislik fakültəsi 2020-ci ildə universitetdə aparılmış struktur dəyişikliləri ilə əlaqədar yenidən təşkil olunaraq yeni tədris korpusuna köçürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alır.
FAKÜLTƏNİN STRUKTURU
KAFEDRALAR
- Heyvandarlıq məhsulları istehsalının texnologiyası
- Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi
- Balıq məhsulları istehsalının texnologiyası
BAKALAVRİAT PROQRAMLARI
- Balıqçılıq*
- Zoomühəndislik*
*Yalnız dövlət sifarişi əsasında
MAGİSTRATURA PROQRAMLARI
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
- Zootexniklik
DOKTORANTURA VƏ DİSSERTANTURA PROQRAMLARI
- Xüsusi zootexniya
- Heyvandarlıq məhsullarının istehsalı texnologiyası
- Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması
- İxtiologiya
PROFESSOR-MÜƏLLİM HEYƏTİ
- Elmlər doktoru, professor-1
- Elmlər doktoru, dosent-1
- Fəlsəfə doktoru, dosent-10
- Baş müəllim-9
- Assistent-7
TƏLƏBƏLƏRİN SAYI
- Bakalavriatlar-410
- Magistrantlar-21
Son illərdə fakültənin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, müasir tələblərə cavab verən laboratoriyalar, tədris və təcrübə mərkəzləri yaradılıb. Quşçuluq tədris-təcrübə mərkəzi, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi, müasir heyvandarlıq kompleksləri, tədqiqat sahələri müasir tələblərə tam uyğun formada qurulub.
QAPALI VƏ AÇIQ BALIQYETİŞDİRMƏ LABORATORİYASI
“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı və açıq balıqyetişdirmə laboratoriyası” yaradılmış, burada 2 mindən çox balıq yetişdirilməsinə başlanmışdır. Ərazidə 16 ədəd açıq su hovuzu inşa edilmişdir ki, onların hər birində müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alınması, mayalandırılmasından başlayaraq, balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edir, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına da yiyələnirlər.
QUŞÇULUQ TƏDRİS MƏRKƏZİ
Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində ümumi sahəsi 254 m2 olan “Quşçuluq tədris-təcrübə mərkəzi” yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd quşçuluq sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır. 200 m2 sahədə müasir tələblərə cavab verən ferma inşa edilmiş, 30 m2 ərazidə laboratoriya yaradılmış və avadanlıqlarla təchiz olunmuşdur. Burada kənd təsərrüfatı quşlarının bəslənməsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində müasir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin aparılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsulları və s. həyata keçirilir. 30-35 gün ərzində iki mərhələrə 1500-3000 baş broyler cinsli quş yetişdirilmişdir. Mərkəzdə 4 tələbə işlə təmin edilmişdir.
BİLDİRÇİN YETİŞDİRİLMƏSİ ÜZRƏ TƏDRİS MƏRKƏZİ
Son illərdə həm bildirçinin ətinə, həm də yumurtasına tələbat artmaqdadır. Bildirçin ətinin yağı və xolesterolu aşağı olduğundan alternativ qida kimi insanlar arasında məşhurlaşmaqdadır. Bu məqsədlə universitetdə 2015-ci ildən bildirçin yetişdirmə üzrə tədris mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin nəzəri hissəsini çatdırmaq və laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinin praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə döşəmə şəraitində yüksək nəticələrin əldə edilməsidir.
ARIÇILIQ TƏDRİS MƏRKƏZİ
Arıçılıq tədris mərkəzi bal arılarının yetişdirilməsi, çoxaldılması, saxlanması, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsi, arıçılıq məhsullarının istehsalı və emalı ilə əlaqədar fənlərin tədrisində, bu sahədə tələbələrin praktik biliklərinin inkişafında mühüm rol oynayır. Mərkəz regionda fəaliyyət göstərən arıçıların təlim mərkəzi kimi də fəaliyyət göstərir.
EKSPERİMENTAL HEYVANDARLIQ KOMPLEKLƏRİ
Zoomühəndislik fakültəsinin nəzdində 40 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması məqsədilə eksperimental heyvandarlıq kompleksində heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi üçün tələbələrə imkan yaradılır. Eyni zamanda, tədris-təcrübə təsərrüfatında da eyni layihə üzrə istifadəyə verilmiş ikinci kompleks də müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına töhfələr verir.