TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA FAKÜLTƏSİ

 

Ünvan:  Gəncə şəhəri, Ozan küçəsi, 208, AZ2000

Tel. (+994 22) 266 81 15

E-mail: office@adau.edu.az

                      

Torpaqşünaslıq və aqrokimya  fakültəsi 2020-ci ildə universitetdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq yenidən yaradılmışdır.

 

FAKÜLTƏNİN STRUKTURU

 KAFEDRALAR

  • Aqrokimya
  • Bitki mühafizəsi
  • Torpaqşünaslıq

 

BAKALAVRİAT PROQRAMLARI

  • Torpaqşünaslıq və aqrokimya*
  • Bitki mühafizəsi*

 

*Yalnız dövlət sifarişi əsasında

*Bitki mühafizəsi ixtisası üzrə mütəxəssis hazırlığı həm də Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı əsasında aparılır.

 

MAGİSTRATURA PROQRAMLARI

  • Aqrokimya
  • Torpağın aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması
  • Torpaqşünaslıq
  • Bitkilərin mühafizəsi
  • Bitkilərin xəstəlikdən və ziyanvericilərdən mühafizəsi
  • Bitkilərin karantini

 

DOKTORANTURA VƏ DİSSERTANTURA PROQRAMLARI

  • Bitkilərin mühafizəsi
  • Torpaqşünaslıq
  • Aqrokimya
  • Fitopatologiya
  • Entomologiya

 

PROFESSOR-MÜƏLLİM HEYƏTİ

  • AMEA-nın müxbir üzvü-1
  • Elmlər doktoru, professor-2
  • Fəlsəfə doktoru, dosent-9
  • Fəlsəfə doktoru, baş müəllim-3
  • Baş müəllim-8
  • Assistent-13

 

TƏLƏBƏLƏRİN SAYI

Bakalavriatlar- 540

Magistrantlar- 21

  

 

Son illər fakültənin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli işlər görülmüşdür. Görkəmli alimlərin adını daşıyan auditoriyalar yaradılmış, müasir elmi tədqiqat laboratoriyaları alınmış istifadəyə verilmişdir.

 

 

ELMI-TƏDQİQAT LABORATORİYALARI

  • Bitki klinikası
  • Taxıl və paxlalı bitkilər laboratoriyası
  • Torpaqşünaslıq və aqrokimya laboratoriyası
  • Torpaq kartoqrafiya laboratoriyası
  • Gübrələrin tətbiqi sistemi laboratoriyası

 

GÖRKƏMLİ ALİMLƏRİN ADINI DAŞIYAN AUDİTORİYALAR

  • Akademik Həsən Əliyev adına auditoriya
  • Akademik İmam Mustafayev adına auditoriya
  • Akademik Məmmədtağı Cəfərov adına auditoriya
  • Akademik Validə Tutayuq adına auditoriya
  • Akademik Cəlal Əliyev adına auditoriya
  • Professor Faiq Məmmədov adına auditoriya
  • Professor Famil Şərifov adına auditoriya
  • Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayev adına auditoriya

  

 

TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA LABORATORİYASI

Dövlətimizin aqrar sahəyə göstərdiyi  qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır. Bu tipli laboratoriyanın  biri də ADAU-nun aqronomluq fakültəsinin  torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır. Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementlər, torpağın aqrokimyəvi,  bioloji , su-fiziki, hava və istilik xassələri, torpaq və bitkilərin tərkibində olan ağır metallar, zəhərli maddələr təyin edilir.

  

  

 

BİTKİ KLİNİKASI

Bitki klinikası ADAU-nun bitkiçilik və bitki mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərir. Bu diaqnostika laboratoriyası ən müasir avadanlıqlar və yeni metodlarla aşağıdaki xidmətləri göstərir: torpağın kimyəvi analizi; torpaqda zərərvericilərin təyini; açıq və qapalı sahədəki bitki xəstəliklərinin (göbələk, bakterial və  virus) təyinı; bitki xəstəliklərinə qarşı preparatların tətbiqi; kənd təsərrüfatınin zərərvericilərinin təyini; preparatların effektivliyinin təyini.