ADAU əməkdaşları şəhid ailəsinə baş çəkiblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə universitetin bir sıra əməkdaşları və ictimai təşkilatlarının nümayəndələri universitet rəhbərliyi adından  2-ci Qarabağ müharibəsinin şəhidi, universitetin himayəyə götürdüyü Cavadov Canlar Asif oğlunun ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.