ADAU rektoru erməni terroru barədə həmkarlarını məlumatlandırır

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov erməni terroru, Ermənistan tərəfindən dinc insanların məqsədli şəkildə öldürülməsi, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində ciddi sayda mülki insanların həlak olması və obyektlərin dağıdılması, habelə ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasının zərər dəyməsi barədə universitetlə əməkdaşlıq əlaqələri olan Türkiyə, ABŞ, Almaniya, Bolqarıstan, Sloveniya, Polşa, Macarıstan, Fransa, İspaniya, İtaliya, Avstriya, Portuqaliya, İsveç,  Rumıniya, Gürcüstan, Ukrayna, Pakistan, Çin Xalq Respublikası, MDB ölkələrinin aparıcı ail aqrar təhsil müəssisələri, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsi və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, ADAU-nun Fəxri doktorlarını, tanınmış alimlərini müvafiq məktub vasitəsilə məlumatlandırır.