Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi təqaüd proqramları elan edir

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üçün təqaüd proqramı 

 

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir. 

Təhsil səviyyəsi:  magistratura

Tədris dili:   ingilis dili

İxtisaslar:  kənd təsərrüfatı su idarəetmə mühəndisliyi,  bitki qorunması, məhsul istehsalı 

Universite:   Szent István University

Təhsil müddəti:  2 il

Maliyyələşmə:  təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta  

Son tarix:   28.02.2021 

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz. Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.    

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.