Tələbələrin nəzərinə!

Tələbələrin müraciətlərini nəzərə alaraq ADAU-nun rektorluğu tərəfindən 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında saat 14:00-da qəbul edilən şifahi və yazılı imtahanların 10:00-a keçirilməsi qərara alınmışdır.

İmtahanlara üzürlü səbəbdən (əsaslı arayışları təqdim etdiyi halda) gəlməyənlərə həmin fənlər üzrə ödəniş etmədən təkrar imtahan vermək üçün 2020-ci il fevralın 3-8-i tarixində bir dəfə şərait yaradılacaqdır.
Əvvəlki sessiyaların imtahanlarında üzürsüz səbəblərdən iştirak etməyən və ya qeyri – müvəffəq qiymət alanlara fənni (fənləri) dinləmədən (25%) təkrar imtahan vermək üçün 2020 – ci il yanvarın 13-dən fevralın 01-dək bir dəfə şərait yaradılacaqdır.
Cari sessiyanın imtahanlarında üzrsüz səbəblərdən iştirak etməyən və ya qeyri müvəffəq qiymət alanlara fənni(fənləri) dinləmədən (25%) tərar imtahan vermək üçün imtahan sessiyasından sonra növbəti semestr başlayanadək (3-15 fevral) və ya növbəti semestrlərdən birində imtahan sessiası zamanı şərait yaradılacaqdır.