Elanlar

Almaniyanın Weihenstehan-Triedorf Tətbiqi Elmlər Universitetində magistr təhsili almaq istəyən tələbələrin nəzərinə!

Əgər siz də Almaniyanın Weihenstehan-Triedorf Tətbiqi Elmlər Universitetində təhsil almaq istəyirsinizsə, onda tələsin. Universitetə qeydiyyat 01.02.2018-ci il tarixinədək davam edir. Maraqlanan şəxslər aşağıda göstərilmiş linkdə qeydiyyatdan keçə bilərlər.
http://ima.hswt.de/de/ima-praktikum

Linkdə göstərilmiş hər bir sahəyə əlavə məlumatlar daxil edilə bilər. Vacib olan verilən sualları səlis cavablandırmaqdır. Məsələn (almancadır) :

 
   

 Was haben Sie NACH dem Bachelor/Diplom-Abschluss gemacht?
07/2014 bis 12/2014 arbeitslos
seit 01/2015 Manager in Firma mit Käseproduktion
Erfahrungen in der Landwirtschaft (im Heimatland und im Ausland)
Mitarbeit im Betrieb der eigenen Familie (Milchkühe und Ackerbau)
Während des Studiums 8 Wochen Praktikum in Molkerei
03/2012 bis 09/2012 LOGO-Praktikum in Deutschland auf Milchviehbetrieb
Andere Aufenthalte im Ausland (Au-Pair, Studium, ...)
01/2008 bis 12/2008 Au-Pair in Deutschland

Qeyd: Hər bir ərizəçinin imtahandan əvvəl aşağıdakı məlumat xarakterli filmə baxması məsləhət olunur.
Almanca: https://www.youtube.com/v/watch?v=XPfrd3jV9aM 
Rusca: https://www.youtube.com/v/watch?v=Y3PWh6Ggj9s

Əlavə məlumat almaq üçün Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinə yaxınlaşa bilərsiniz.

 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2017/2018-ci tədris ili üzrə  akademik məsləhətçi (tyutor) vəzifəsini tutmaq üçün  müsabiqə elan edir

 Respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət  Aqrar Universitetində (ADAU) Bolonya prosesinin tələblərinə uyğun olaraq, kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə 2017/2018-ci tədris ili üzrə akademik məsləhətçi (tyutor) vəzifəsini tutmaq üçün müsabiqə elan edir.

     Akademik məsləhətçilər (tyutorlar) vəzifələri aşağıdakılardan ibarətdir:

  • tələbələrin hüquqlarını və akademik maraqlarını qorumaq;
  • tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər vermək;
  • tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak etmək;
  • tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərmək;
  • yay semestrinin təşkilində iştirak etmək.

      Namizədlərə qoyulan tələblər:

  • ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər;
  • xarici dillərdən ən azı birində  danışmaq və yazmaq qabiliyyəti (rus və ingilis dillərinə üstünlük verilir. Dil sertifikatı təqdim olunmalı.);
  • Kompyuter proqramları (Excell, Word, Power Point, Outlook və s.)

     Müsabiqədə tyutorluq kursları üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcəkdir.

     Namizədlər müvafiq sənədlərini (CV) 01 iyul 2017-ci il tarixinədək aşağıdakı ünvana təqdim etməlidirlər.   

 Gəncə şəhəri, Atatürk prospekti, 450

     Tel: 022-256-03-53

     E-mail: office@adau.edu.az

                  www.adau.edu.az           

      

Mykolas Romeris Universitetində Yay məktəbi - 27 iyun - 3 iyul 2016

ƏTRAFLI

Cənubi Amerika Biznes Forumu 2016 - Universitet tələbələri üçün Beynəlxalq Konfrans - 11 aprel 2016

YeniFikir, Yeni gələcək müsabiqəsi - 11 aprel 2016