
2005-ci ildə Masallı rayonunda anadan olub. 2023-cü ildə Masallı rayonu Mahmudavar kənd tam orta məktəbini bitirmiş və həmin il Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyə Respublikasının Ege Universiteti arasında olan beynəlxalq ikili diplom proqramına qəbul olmuşdur. Hal-hazırda ADAU-nun Aqrar Gənclər Təşkilatının sədri kimi fəaliyyətini davam etdirir.

2005-ci ildə Sumqayıt şəhərində anadan olub. 2023-cü ildə Bakı şəhəri Nərimanov rayonu 193 nömrəli tam orta məktəbi bitirmişdir və həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin "Zoomühəndislik" ixtisasına qəbul olmuşdur. Hal-hazırda Aqrar Gənclər Təşkilatının Elm və Tədris işləri üzrə sədr müavini olaraq fəaliyyətini davam etdirir.

2005-ci ildə Goranboy rayonunda anadan olub. 2022-ci ildə Goranboy rayonu Muzdurlar kənd tam orta məktəbini bitirmiş və həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin "Əczaçılıq" ixtisasına qəbul olmuşdur. Hal-hazırda Aqrar Gənclər Təşkilatının Sosial və İctimai fəaliyyətlər üzrə sədr müavini olaraq fəaliyyətini davam etdirir.

1958-ci ildə anadan olmuşdur. 1986-cı ildən aqrar elmlər üzrə fəlsəfə doktoru, 2009-cu ildən qabaqcıl təhsil işçisi, 2015-ci ildən Prezidentin tərəqqi medalçısı və hal-hazırda aqrar elmlər üzrə elmlər doktorudur. 100-dən çox elmi əsərin müəllifi, onlarla beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı və məruzəçisi olmuşdur. 2021-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının müdiri olaraq fəaliyyət göstərir, həmçinin ADAU-nun Aqrar Gənclər Təşkilatının qurulmasında çox böyük dəstək göstərmişdir və hal-hazırda Aqrar Gənclər Təşkilatının Baş Təşkilat Məsləhətçisi kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatı (AGT) 2022-ci il fevral ayının 22-də Əli Vüqar oğlu Məmmədov tərəfindən qurulmuşdur. Quruculuq işlərində Allahverdi Kamil oğlu Seyidov, Cavid Aydın oğlu Hüseynov və Vüqar Kamal oğlu Qurbanov böyük dəstək göstərmişlərdir. Aqrar Gənclər Təşkilatı tələbələrin təhsilə dair ümumi maraqlarını əsas tutaraq, asudə vaxtın səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin elmi-tədris və tədqiqat həyatında fəallığını artırmaq, habelə müxtəlif ixtisaslar arasında sıx əlaqələr yaratmaq məqsədi ilə ADAU-nun Elm Şöbəsinin nəzdində təsis edilən müstəqil tələbə təşkilatıdır.
Aqrar Gənclər Təşkilatının şaxəli bir inkişaf dinamikası vardır. Bu şaxəli inkişaf dinamikasında Aqrar Gənclər Təşkilatı üçün əsas iki fəaliyyət xətti var, bunlardan birincisi elm, ikincisi isə milli mədəniyyətdir. Bunun səbəbi belə əsaslandırılır: Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin yüksək estetik zövqə malik olmalarını, milli-mənəvi dəyərlərimizə yiyələnmələrini, milli kökə bağlı, vətənpərvər olmalarını müstəqillik dövrünün ən zəruri məsələsi kimi qiymətləndirirdi. Dahi şəxsiyyət gənclərə müraciətlə demişdi: “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmalıdırlar. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidirlər, dilimizi yaxşı bilməlidirlər, milli dəyərlərimizi yaxşı bilməlidirlər. Hər bir gəncimiz vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə olaraq orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev demişdi: “Təhsil millətin gələcəyidir”. Məhz buna görə də Aqrar Gənclər Təşkilatı inkişaf dinamikasında özü üçün əsas fəaliyyət xətləri olaraq elm və milli mədəniyyəti seçmişdir.
Hər bir təşkilatın məqsəd və vəzifələri onu tanıdan ən mühüm məsələdir.
Aqrar Gənclər Təşkilatının əsas məqsəd və vəzifələri aşağıdakı kimidir:
1. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarını qoruyub saxlamaq və həyata keçirmək.
2. Milli ruhlu aqrar mütəxəssislərin hazırlanmasında müsabiqələr təşkil etmək.
3. Üzvlərimizin yüksək səviyyəli mütəxəssis kimi özlərini təsdiq etməsinə nail olmaq.
ADAU-nun Aqrar Gənclər Təşkilatı bu məqsəd və vəzifələrini yerinə yetirmək, həmçinin tələbələrin asudə vaxtlarını səmərəli bir şəkildə keçirmələri üçün təşkilat daxilində beş dərnək təşkil edilmişdir:
1. Aqrar İnnovativ İnkişaf Dərnəyi
2. Milli Mədəniyyət Dərnəyi
3. Zehni və Şəxsi İnkişaf Dərnəyi
4. Sağlam Həyat və Sağlam Düşüncə Dərnəyi
5. Xarici Dil Dərnəyi
1. Aqrar İnnovativ İnkişaf Dərnəyi
Aqrar Gənclər Təşkilatında qurulmuş olan ilk dərnəkdir və bu dərnək tələbələrin aqrar sahədə innovativ inkişafına müxtəlif tədbirləri təşkil etməklə dəstək olmaqdadır. Beləliklə bu dərnək Aqrar Gənclər Təşkilatının, tələbələrin aqrar sahə üzrə elmi və təcrübi sahələrdə inkişafını təmin etmək və tələbələrin bir mütəxəssis kimi formalaşması hədəflərinə dəstək olmaqdadır.








2. Milli Mədəniyyət Dərnəyi
Mədəniyyətimizə aid olan tədbirlərin və müsabiqələrin təşkilini həyata keçirərək tələbələrin milli mədəniyyətimizə olan maraqlarını artırmaq, tələbələrə vətənpərvərlik duyğusunu aşılamaq, keçmişimizi unutdurmamaqdır. Buna görə də Milli Mədəniyyət Dərnəyi tələbələrə məlumat verib onların milli ruhda formalaşmasına xidmət edir. Beləliklə bu dərnək Aqrar Gənclər Təşkilatının Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarını qoruyub saxlamaq və həyata keçirmək, həmçinin milli ruhlu aqrar mütəxəssislərin hazırlanması hədəflərinə dəstək olmaqdadır.








3. Zehni və Şəxsi İnkişaf Dərnəyi
Tələbələrin zehni və şəxsi inkişafı üçün müxtəlif növ zehni inkişaf etdirən oyunlar, yarışlar (intellektual yarışlar, bilik yarışları, "Brain Burst" adlı elmi-nəzəri fəlsəfi yarışlar, təlimlər və s. kimi tədbirləri həyata keçirir). Eyni zamanda ən yaxşı səs, ən yaxşı əl işi, ən yaxşı layihə, ən yaxşı nitq və s. kimi tədbirləri həyata keçirir və tələbələrin müxtəlif sahələrdəki bacarıqlarını üzə çıxarmağa kömək edərək hansı sahədə və ya sahələrdə ən yaxşı olduqlarını onlara göstərir. Əlavə olaraq da tələbələrin istəyi əsasında film günləri, gəzinti turları, əyləncəli şənliklər və qanun çərçivəsində qadağan olunmamış digər tədbirləri həyata keçirir.








4. Sağlam Həyat və Sağlam Düşüncə Dərnəyi
Tələbələrin sağlam həyat tərzinə adaptasiyası üçün müxtəlif növ idman yarışları (futbol, basketbol, voleybol, tennis və s. kimi müsabiqələr) təşkil edir. Eyni zamanda tələbələri sağlam həyat, təhlükəsiz qida, narkomaniyaya yox deyək, zərərli vərdişlərdən uzaq olaq və s. kimi mövzularda ətraflı şəkildə məlumatlandırır.








5. Xarici Dil Dərnəyi
Bu dərnəkdə tələbələr öz istəkləri əsasında maraq göstərdikləri xarici dilləri öyrənir və eyni zamanda bir-birlərinə öyrədirlər. Xarici Dil Dərnəyində hər həftə tədbirlərin təşkili iştirak edən tələbələrdən birinə həvalə edilir, bu da tələbələrə xarici dil biliyi ilə yanaşı eyni zamanda təşkilatçılığı da öyrədir.








Aqrar Gənclər Təşkilatı (AGT) tamamilə könüllülük əsasında fəaliyyət göstərir və bu təşkilatın üzvü olan hər bir tələbə AGT-də könüllü ola və eyni zamanda təşkil olunan tədbirlərdə iştirak edə bilər. Aqrar Gənclər Təşkilatı hər şeyi ADAU tələbələrinin innovativ inkişafı üçün edir və bu yolda əmin addımlarla irəliləyir. Unutmayın ki, əziz gənclər, biz sizlər üçün varıq!
“UĞURLU İNKİŞAFA ƏMİN ADDIMLARLA...!”
Əlaqə:
Mail: agt@adau.edu.az
Facebook: agt.adau.offical
Instagram: agt.adau