Yaponiyanın Nippon Fondunun JACAFA təqaüdünün qalibi, ADAU tələbəsi Dinarə Cəfərli

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) IV kurs tələbəsi Dinarə Cəfərli Yaponiyanın Nippon Fondunun təklif etdiyi JACAFA təqaüdünün qalibi olub və fondun Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi Annual General Assembly 2024 forumunda uğurla iştirak edib.

Mükəmməl xarici dil biliyi ilə seçilən Dinarə 2023-cü ildə Erasmus+ mübadilə proqramı vasitəsilə Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində “Agricultural Food and Nutrition” proqramı üzrə təhsil alıb.

Qeyd edək ki, 3 sentyabr 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olan Dinarə, orta təhsilini Gəncə şəhərində M. Mehdizadə adına 4 saylı məktəb liseyində aldıqdan sonra 2020-ci ildə ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin Marketinq (ingilis dilində) ixtisasına daxil olub.

Hazırda magistraturaya hazırlaşan Dinarə gələcəkdə aqrar sahədə ölkəmizdə mövcud olan problemlərin həlli üçün çalıșmaq arzusunda olduğunu bildirib.

ADAU ailəsi olaraq tələbəmizə gələcək həyatında müvəffəqiyyətlər arzu edirik!


Yaponiyanın Nippon Fondunun JACAFA təqaüdünün qalibi, ADAU tələbəsi Dinarə Cəfərli