Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində “27 Sentyabr-Anım Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov bildirib ki, şanlı Qələbə tariximizin yazılmağa başlandığı gündən - 44 günlük Vətən müharibəsindən 5 il ötür. Məhz 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları torpaqlarımızın azadlığı uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər.
İctimai fənlər kafedrasının əməkdaşları Əbdürəhman Kazımov, Zümrüd Qəhrəmanova və Turanə Əsədova çıxışlarında ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələrinin dövlətimiz tərəfindən daim uca tutulduğunu, 44 günlik Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 30 illik işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə etdiklərini vurğuladılar.
27 sentyabr tarixi hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Qələbənin təməlinin qoyulduğu şərəfli tarix olduğu diqqətə çatdırılıb.

EN
AZ