“Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri sırasında ADAU tələbəsi də var

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşib. İyunun 22-də keçirilən müsabiqənin finalında iştirak edən 191 namizəddən ən yüksək bal toplayan 30 nəfər qalib adını qazanıb.

Qaliblər sırasında Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat fakültəsinin III kurs qiyabi təhsil alan tələbəsi Vaqif Mehdiyev də var.

Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!


“Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri sırasında ADAU tələbəsi də var