Türkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblar

27 Sentyabr – Anım Günü münasibətilə Türkiyənin Ege Universitetində təhsillərini davam etdirən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ikili diplom proqramı tələbələri tərəfindən vətənpərvərlik ruhunda tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən tələbələr Vətənə bağlılığın, milli birlik və vətənpərvərliyin təcəssümü olan bu günün Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd edərək, xalqımızın haqq savaşının dünya ictimaiyyətində tanıdılmasının vacibliyini vurğulayıblar.

Həmçinin, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri diqqətə çatdırılıb, şəhidlərin Vətən uğrunda göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açılıb.

Bu təşəbbüs, xaricdə təhsil alan azərbaycanlı gənclərin milli dəyərlərə sədaqətini və Vətən qarşısında mənəvi borc hissini bir daha nümayiş etdirib.


Türkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblarTürkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblarTürkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblarTürkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblarTürkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblarTürkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblarTürkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin əziz xatirəsini anıblar