Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Energetika və elektrik mühəndisliyi kafedrasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı və bir sıra kitabların təqdimatı keçirilib.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə kafedranın son üç illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfransda Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Çıxış edən kafedra müdiri Fəxrəddin Yusibov konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Elçin Atayevin “Tədqiqat üsulları”, Natəvan İmanova və Babək Səlmanovun “Elektrik dövrələr nəzəriyyəsi”, Babək Səlmanov və Şahanə Ağayevanın “Elektrik ölçmələri və vasitələri” iştirakçılara təqdim olunub, çıxış edənlər nəşrlər haqqında fikirlərini səsləndiriblər.
Daha sonra Tələbə Elmi Cəmiyyətinin konfransı öz işinə başlayıb və tələbələrin çıxışları dinlənilib.
Təqdimatlardan sonra Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, fakültə dekanı Təvəkgül İslamov, professor Qurban Əliyev, Texniki mexanika və maşın mühəndisliyi kafedrasının müdiri, professor Cəmaləddin Məmmədov, İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Zakir Hüseynov və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, dosent Eldar Zeynalov çıxış edərək tələbələrin hazırlığını yüksək qiymətləndiriblər.
Sonda tələbələr fəxri fərmanla mükafatlandırılıblar.