Silahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra vətənin müdafiəsi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Aqrar İqtisadiyyat fakültəsinin dekanı Asəf Qasımov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu vurğulayıb.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında Azərbaycanda ordu quruculuğuna tarixi aspektdən nəzər salaraq qeyd edib ki, məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan Ordusunun inkişaf edərək yeni mərhələyə qədəm qoyması məhz Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adları ilə bağlıdır.

İctimai fənlər kafedrasının əməkdaşları Əbdürəhman Kazımov və Azər Axundov Ümummilli Lider Heydər Əliyevin əvəzsiz səyləri ilə nizami ordunun yaradılması, bu sahə üçün peşakar kadr hazırlığı istiqamətində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əhəmiyyətli və ölçüyəgəlməz tədbirlərin görülməsi, Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və Vətən müharibəsindəki qazanılmış parlaq Qələbə barədə çıxışlar ediblər.


Silahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilibSilahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilibSilahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilibSilahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilib
Silahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilib
Silahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilib
Silahlı Qüvvələr Günü münasibətilə Aqrar Universitetdə tədbir keçirilib