Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan “SciNext 2026: Magistrantlar və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı” çərçivəsində bölmə iclasları keçirilib.
Konfransın ilk günündə üç müxtəlif bölmə üzrə iclaslar təşkil olunub. İclaslarda geniş bir elmi spektri əhatə edən mövzular üzrə məruzələr dinlənilib, dərin müzakirələr aparılıb.
Bölmə iclaslarında gənc tədqiqatçılar öz elmi araşdırmalarını təqdim edərək, akademik və tədqiqat sahələrindəki yeniliklər barədə fikir mübadiləsi aparıblar. Məruzələr arasında aqrar və biologiya, iqtisad, texniki, yer, tibb və əczaçılıq, filologiya və hüquq elmləri sahələrindəki tədqiqatlar yer alıb.
Məruzələr dinlənildikdən sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, keçirilən konfransa təqdim olunmuş məqalələrin statistik təhlili göstərir ki, ümumilikdə müxtəlif elm sahələrinə aid 315 elmi iş qəbul edilib. Bu məqalələr müxtəlif elm sahələrini əhatə etməklə geniş elmi spektri əks etdirir. Bu göstəricilər konfransın multidissiplinar xarakter daşıdığını və müxtəlif elmi istiqamətləri bir araya gətirdiyini nümayiş etdirir.

EN
AZ