Növbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutub

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən paytaxt və regionda yaşayan gənclər üçün “CareerLAB” şəbəkəsi həyata keçirilir. “CareerLAB” şəbəkəsinin növbəti panel müzakirəsi Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan və bu sahəyə marağı olan gənclər üçün "Ekologiyanın dayanıqlı inkişafında gənclərin rolu" mövzusu üzrə təşkil olunub.

ADAU-nun tələbə evində keçirilən tədbirdə ümumilikdə 100-dən çox gənc iştirak edib.

Tədbirdə çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova iştirakçıları salamlayaraq bu cür layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin Layihələr üzrə mütəxəssisi Miraqil Cəfərov gənclərə tədbir haqqında ümumi məlumat verib.

Miraqil Cəfərovun moderatorluğu ilə keçirilən panel müzakirələrində spikerlər qismində Millət vəkili Müşfiq Cəfərov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının direktoru Fuad Quliyev və Aqrar Universitetin Ekologiya kafedrasının müdiri Musa Bayramov çıxışlar ediblər.

Sonda gənclərin sualları cavablandırılıb.


Növbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutubNövbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutubNövbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutubNövbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutub
Növbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutub
Növbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutub
Növbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutub
Növbəti “CareerLAB” şəbəkəsi ADAU-da baş tutub