“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb

“National H-index Ranking” tərəfindən Scopus, Web of Science və Google Scholar kimi elmmetrik verilənlər bazası və platformalarından alınan məlumatlar əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin 2024-cü ilin dördüncü rübü üzrə Hirş indeksinə (H-index) görə reytinq nəticələri açıqlanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) milli H-indeksi son açıqlamaya əsasən 11 olmuşdur. Qeyd edək ki, müvafiq reytinqin altı ay öncəki açıqlamasında universitetin milli H-indeksi 7 olaraq hesablanmışdır. Nəticə etibarı ilə 6 ay müddətində universitetin milli H indeksinin 4 vahid artmışdır. ADAU-nun “Scopus” üzrə H-indeksi 12, “Web of Science” üzrə 10, “Google Scholar” üzrə isə 24-ə bərabər olub.

Eyni zamanda sözügedən platforma Google Scholar məlumatları (istinad və h-indeksi) əsasında hazırlanan Azərbaycanın ən reytinqli 1000 elm adamı siyahısını da açıqlayıb. Bu siyahıda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 6 əməkdaşı da yer alıb.

Azərbaycanın ən reytinqli 1000 elm adamı siyahısında yer alan əməkdaşlarımızı təbrik edir və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.


“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb“National H-index Ranking” tərəfindən 2024-cü ilin son rübünün elmi nəticələri açıqlanıb