Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İctimai fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü və Məmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir!” adlı tədbir keçirilib.

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyində baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb tarixi şəraitdəki fəaliyyətindən, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərindən danışıblar.

İctimai fənlər kafedrasının müəllimləri Azər Axundov və Çinarə Səfərova “Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə yeri”, “Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda I kurs tələbəsi Arzu Rüstəmova və II kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov şeir parçaları səsləndiriblər.


Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdirMüstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdirMüstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdirMüstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir
Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir
Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir
Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir
Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir