Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) faşizm üzərində qələbənin 80-ci ildönümü qeyd olunub.
Universitetin İctimai fənlər kafedrasının bir qrup əməkdaşı və tələbələr ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağındakı məzarüstü abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Sonra Böyük Vətən müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov deyib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə sanballı töhfələr verib. Bu qələbədə böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb, onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Məruzə ilə çıxış edənlər - İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva, baş müəllim Zümrüd Qəhramanova bildiriblər ki, müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.