Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı çərçivəsində dərs tədris edən müəllimlərlə görüş keçirilib.
Görüşdə çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov birgə elmi-tədqiqat işlərinin və araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr gələcəkdə ölkəmizin kənd təsərrüfatına mühüm töhfələr verəcək.
Z.Qurbanov deyib ki, bu gün iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksək səviyyədədir. ADAU ilə Ege Universitetləri arasında həyata keçirilən ikili diplom proqramı isə bu münasibətlərin bariz nümunəsidir.
Sonra Ege Universitetinin professor-müəllim heyətinin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.