Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində Gəncə Dövlət Aqrar Kollecinin (GDAK) “Aqronomluq” və “İstixana təsərrüfatı” ixtisasları üzrə təhsil alan tələbələri, kənd təsərrüfatının müxtəlif sahələrində bilik və bacarıqlarını artırmaq məqsədilə praktiki təlimlər keçirlər.
Nərmin Verdiyeva Hüseynova, Rizvan Şəmilov və Etibar Məmmədov kimi müəllimlərin rəhbərliyi ilə tələbələr Şəmkir rayonunda yerləşən müasir istixana təsərrüfatlarına ekskursiya ediblər.
Burada onlara müasir istixana təsərrüfatının quruluşu və iş prinsipi, daxili iqlimin idarə edilməsi (temperatur, rütubət, işıqlandırma), pomidor və xiyar kimi məhsulların yetişdirilməsi, peşəkar nəzarət üsulları, istixana təsərrüfatının gəlirliliyi və bazara çıxış strategiyaları haqda məlumatlar verilib.
Bununla yanaşı tələbələrə həyətyanı sahələrdə torpağın hazırlanması, toxum seçimi, səpin qaydaları və suvarma sistemləri haqqında məlumatlar da əyani göstərilir.
Bu tip praktiki məşğələlər tələbələrə real təsərrüfat şəraitində işləmək, kənd təsərrüfatı texnologiyalarını mənimsəmək və peşəkar mütəxəssis kimi hazırlıq səviyyəsini artırmaq imkanı verir.