Gəncə Dövlət Aqrar Kollecində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində şücaətini bütün dünyaya nümayiş etdirib. Rektor bildirib ki, Azərbaycan tarixi Qələbə ilə 30 ilə yaxın davam edən Ermənistanın Azərbaycan ərazilərinin işğalına və ədalətsizliyə son qoydu, doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını bərpa etdi və bölgədə sülh üçün imkan yaratdı.

Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, ədalətin, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinin olduğunu söyləyib.

Sonra Zəfər Gününə həsr olunan film nümayiş olunub.

Kollecin müəlliməsi Şəhla Məmmədova çıxış edərək deyib ki, Vətən müharibəsi Qələbəmizin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan regionun ən güclü ordusuna malik ölkə kimi özünü təsdiqlədi. Prezident İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

Daha sonra şəhid Ömər Şirinovun atası Muğan Şirinov, kollecin tələbələri və müharibə iştirakçıları Təhməz Məmmədli və Əmrah Tağıyev çıxış edərək müharibə iştirakçılarını və şəhid ailələrini daim diqqətdə saxladığına görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Sonda tədbir kollec tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Gəncə Dövlət Aqrar Kollecində Zəfər Gününə həsr olunan tədbir keçirilibGəncə Dövlət Aqrar Kollecində Zəfər Gününə həsr olunan tədbir keçirilibGəncə Dövlət Aqrar Kollecində Zəfər Gününə həsr olunan tədbir keçirilibGəncə Dövlət Aqrar Kollecində Zəfər Gününə həsr olunan tədbir keçirilib