Ege Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Ege Universitetində səfərdə olan proqramın rəhbər komitə üzvləri akademik heyət və məzun tələbələrlə görüş keçiriblər.

Məzunlarla görüşdə komitə üzvləri təhsilin magistratura pilləsinə daxil olan tələbələri təbrik edərək, onların suallarını cavablandırıblar.

Çıxış edən Aqrar Universitetin rektoru Zəfər Qurbanov ADAU-nun bütün məzunlarını izlədiyini xüsusilə ADAU-EGE ikili diplom proqramından məzun olan gənclərin təhsillərini davam etdirmələrinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin bir qrup professor-müəllim heyəti ilə rəhbər komitə üzlərinin görüşü baş tutub.

Görüşdə kadr hazırlığı ilə yanaşı, Aqrar Universitet ilə Ege Universiteti alimlərinin birgə tədqiqat və beynəlxalq indeksli jurnallarda məqalə hazırlığı məsələləri yüksək qiymətləndirilərək, bu proseslərin davamlılığının əhəmiyyəti vurğulanıb.

Sonda beynəlxalq ikili diplom proqramının həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir qrup müəllimə təşəkkürnamələr təqdim olunub.

Ege Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilibEge Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilibEge Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilibEge Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilibEge Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilibEge Universitetində ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib