Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alan tələbələrin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü Ege Universitetində qeyd olunub.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekan müavini dr. Arzu Yazgı, prof. dr Behçet Kır, Fakültə Koordinatoru dr. öğreyim üyesi Deniz İştipliler və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri Əli Məmmədov və Süleyman Süleymanov çıxış edərək Anım Gününün əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlığından və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən eyni zamanda bunun nəticəsi olaraq 44 günlük Vətən Müharibəsindəki Qələbəmizdən bəhs ediblər.
Tədbirin davamında tələbələr tərəfindən hazırlanan kompozisiya nümayiş etdirilib. Kompozisiyada ADAU tələbəsi Hüseyn Bağırlı "Ana mən şəhid oldum" və "Gülümse anne" müsiqisini ifa ediblər.
Daha sonra 44 günlük Vətən Müharibəsinə həsr olunan videoçarx nümayiş olunub.
Sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şəhidlərimizin bizə qazandırmış olduğu Zəfəri anmaq və Azərbaycan-Türkiyə qardaşlığını nümayiş etdirmək məqsədilə ilə kollektiv şəkildə "Çırpınırdı Qara Dəniz" musiqisi söylənilib.