David Bekesi: ADAU-da tələbələr və müəllim-tədqiqatçılar üçün innovasiya mühiti yaradılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gördük ki, tələbələr və müəllim-tədqiqatçılar üçün yaradıcılıq və innovasiya mühiti yaradılıb. “Stipendium Hungaricum” proqramı Azərbaycandan gələn istedadlı gənclər üçün böyük imkanlar açır.

Bu fikirləri ADAU-nun bir qrup tələbəsi ilə görüşdə Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin (MATE) Beynəlxalq Əlaqələr və İnkişaf üzrə Direktoru David Bekesi deyib.

“MATE-ADAU əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Qarşılıqlı seminarlar və ortaq tədqiqat layihələri gələcəkdə daha sıx inteqrasiyaya zəmin yaradacaq,” – deyə MATE Beynəlxalq Əlaqələr Koordinatoru Vivien Filo da əlavə edib.

Qeyd edək ki, ADAU və MATE arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə uyğun olaraq, MATE-nin Beynəlxalq Əlaqələr və İnkişaf üzrə Direktoru David Bekesi və həmin şöbənin koordinatoru Vivien Filo ADAU-da səfərdə olublar.


David Bekesi: ADAU-da tələbələr və müəllim-tədqiqatçılar üçün innovasiya mühiti yaradılıb