"Daha yaxşı mən" adlı təlim təşkil olunub

"AzəriMed" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

QSC əməkdaşları tərəfindən Universitetin “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələri üçün şəxsi bacarıqlarının artırılması məqsədilə "Daha yaxşı mən" adlı təlim təşkil olunub. Təlimdə tələbələrə səhiyyə sahəsində günümüzdə nəzərə alınmalı olan vacib nüanslardan, peşəkar kadr olmaq üçün təhsil planlamasından, inkişaf etdirməli olduqları yumşaq bacarıqlardan, peşələrinin məsuliyyətindən, həmçinin onları gözləyən fürsətlərdən və imkanlardan bəhs edilib, tələbələrlə bu mövzular barəsində geniş müzakirələr aparılıb.

Daha sonra isə tələbələr üçün Əmək Yarmarkası keçirilib. Yarmarkada “AzəriMed” QSC-də olan vakansiyalar və karyera fürsətləri barədə məlumat verilib.

"Daha yaxşı mən" adlı təlim təşkil olunub"Daha yaxşı mən" adlı təlim təşkil olunub"Daha yaxşı mən" adlı təlim təşkil olunub"Daha yaxşı mən" adlı təlim təşkil olunub