Əcnəbi tələbələr üçün oriyentasiya proqramı təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) I kursa qəbul olan əcnəbi tələbələrin bir qismi üçün oriyentasiya proqramı təşkil olunub.

Tələbələrə ölkəmizdə miqrasiya qaydaları, Universitetin fakültə dekanlıqları, laboratoriyalar, dərs cədvəlləri və bu kimi bir sıra müvafiq məlumatları verilib. Bundan əlavə tədris korpusları və tələbə evləri ilə də əyani tanışlıq aparılıb.

Qeyd edək ki, Universitetin Beynəlmiləlləşmə siyasətinə uyğun olaraq, əcnəbi tələbələrin qəbulunun aparılması təşviq edilir, onların Universitet həyatına rahat adaptasiya olması üçün mütəmadi işlər görülür.


Əcnəbi tələbələr üçün oriyentasiya proqramı təşkil olunubƏcnəbi tələbələr üçün oriyentasiya proqramı təşkil olunubƏcnəbi tələbələr üçün oriyentasiya proqramı təşkil olunubƏcnəbi tələbələr üçün oriyentasiya proqramı təşkil olunub