Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olub

Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Səfər çərçivəsində ADAU-da bir sıra elmi-mədəni və akademik mübadilə görüşləri keçirilib.

Nümayəndə heyətinə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının dosenti Pavel Ençev Todorov, professor Tsonka Odzakova Kopçeva və bağçılıq üzrə mütəxəssis, Aqrar Tədqiqat Mərkəzinin direktoru Elitsa Blagoeva Atanasova daxil olub.

Qonaqlar universitetin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris resursları və geniş təcrübə sahələri ilə yaxından tanış olublar. Onlar həmçinin, tələbə və akademik heyətin tədqiqat imkanlarını yüksək qiymətləndiriblər.

Səfər çərçivəsində professor Kopçeva və dosent Todorov heyvandarlıq sahəsində ən son elmi-texniki yenilikləri universitetin elmi-pedaqoji heyətinə təqdim edərək, interaktiv seminarlar keçiriblər. Bağçılıq üzrə mütəxəssis Blagoeva isə fındıqçılıq və müasir bağçılıq texnologiyaları barədə mühazirələrlə çıxış edib.

Tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, elmi əməkdaşlıq və tələbə mübadiləsi imkanları barədə də fikir mübadiləsi aparıblar.


Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olubBolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olubBolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olubBolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olub