Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17 Noyabr - Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib.

Tələbə təşkilatlarının fəallarının iştirakı ilə keçirilən dəyirmi masada çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayıb. Xalqa sağlam ruh və özünüdərk gətirən Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişməyə başlayıb.

Daha sonra prorektor Beynəlxalq Tələbə günü münasibəti ilə gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onları təbrik edib.

Sonda fəallığı ilə seçilən tələbələr 17 Noyabr - Beynəlxalq Tələbə Günü münasibəti ilə fəxri fərmanla təltif olunub.


Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilibBeynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilibBeynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilibBeynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib
Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib
Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib
Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib
Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib