BDU tələbələri ADAU-nun kitabxanasında olub

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup müəllim və tələbə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı Kitabxanasında olub.

Görüşün əsas məqsədi kitabxana-informasiya fəaliyyətində elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini öyrənmək, gənc tədqiqatçıların elmi araşdırmalara marağını artırmaq, eləcə də tələbələrin nəzəri və təcrübi biliklərinin inteqrasiyasını təşviq etməkdən ibarət olub.

Səfər çərçivəsində qonaqlar ADAU Əsaslı kitabxanasının iş prinsipi ilə tanış olublar. Kitabxana əməkdaşları tərəfindən iştirakçılara fondun strukturu, elektron kataloqların fəaliyyəti, avtomatlaşdırılmış xidmətlər və müasir informasiya resurslarına çıxış imkanları barədə ətraflı məlumat verilib.


BDU tələbələri ADAU-nun kitabxanasında olubBDU tələbələri ADAU-nun kitabxanasında olubBDU tələbələri ADAU-nun kitabxanasında olubBDU tələbələri ADAU-nun kitabxanasında olubBDU tələbələri ADAU-nun kitabxanasında olubBDU tələbələri ADAU-nun kitabxanasında olub