Bədii yaradıcılıq festivalında təltif olunan bir qrup tələbə ilə görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalında fəal iştirakına görə təltif olunanlar arasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi də var.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri bədii yaradıcılıq müsabiqə-festivalında fəal iştiraklarına görə fəxri fərmanla təltif olunublar.

Fəallarla görüşən Aqrar Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova onları təbrik edərək, ictimai və təhsil həyatlarında uğurlar arzulayıb.


Bədii yaradıcılıq festivalında təltif olunan bir qrup tələbə ilə görüş keçirilib