Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşüb

Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Beynəlxaq əlaqələr, elm və innovasiya sektorunun mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının bir qrup tələbəsi ilə görüş keçirib.

ADAU və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC arasında imzalanan əməkdaşlıq müqaviləsinə uyğun olaraq 2021/2022-ci ilin fəaliyyət planına əsasən "meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının bir qrup tələbəsi ilə keçirilən görüşün məqsədi könüllü təcrübə proqramları və gələcəkdə kadrların işə cəlb olunması ilə bağlı tələbələrə ümumi məlumat vermək olub.

Görüşdə tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparılıb, işə qəbulla bağlı əmək bazarının tələbləri izah olunub.

Sonda Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri dosent, ADAU-nun professoru, a.e.f.d. Mirnaib Mirsalahov qonaqlara özünün və kafedranın müəllimlərinin müəllifi olduğu kitabı hədiyyə edib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşübAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşübAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşübAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşübAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşübAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ADAU tələbələri ilə görüşüb