Azərbaycan Dövlət Aqrar Universitetində Elmin İnkişafı Forumu – 2025 keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) elmə, tədqiqata və innovasiyalara həsr olunmuş “Elm və İnnovasiya Həftəsi” çərçivəsində bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi davam edir.

ADAU-nun təşkilatçılığı ilə “Elm və İnnovasiya Həftəsi” çərçivəsində növbəti tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Elmin İnkişafı Forumu - 2025” keçirilib.

Forumun əsas məqsədi Azərbaycanın elmi potensialını, çağdaş tədqiqat istiqamətlərini və milli elmi siyasətin inkişaf yolunu müzakirə platformasında bir araya gətirməkdir.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov deyib ki, “Elm və İnnovasiya Həftəsi” çərçivəsində keçirilən forumun əsas məqsədi ali təhsil müəssisələrinin elmi fəaliyyətlərdə artan rolunu, universitet-tədqiqat birliyini və gənc alimlərin elmi prosesə daha fəal cəlb olunmasını diqqətdə saxlamaqdır.

Sonra ADAU-nun Elm şöbəsinin müdiri Elçin Nəsirovun moderatorluğu və Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və Ege Universitetinin professoru Mustafa Özgür Tatarın iştirakı ilə “Milli elmi siyasət: Ali təhsil və elmi tədqiqat” mövzusunda panel müzakirə keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində  Elmin İnkişafı Forumu – 2025 keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində  Elmin İnkişafı Forumu – 2025 keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində  Elmin İnkişafı Forumu – 2025 keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində  Elmin İnkişafı Forumu – 2025 keçirilib